İrəvanda Kərki qalmaqalı: ermənilər şok iddialar səsələndirir

İrəvanda Kərki qalmaqalı: ermənilər şok iddialar səsələndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Kərki kəndi ilə bağlı verdiyi açıqlama gündəmin əsas mövzularından birinə çevrilib.

Tribuna.az xəbər verir ki, Paşinyan 1990-cı ildə işğaıl edilmiş kəndimizin Ermənistana aid olmadığını və Azərbaycan ərazisi olduğunu bildirib.

Erməni ictimai xadim, rejissor Ovannes İşxanyan bildirib ki, Ermənistanda Kərki kəndi ilə bağlı aparılan təbliğat onda qəribə təəssürat yaradıb. “Ermənistanda bəzi adamların təbliğatına baxamda, mənə elə gəlir ki, Kərkinin geri verilməsi ilə Azərbaycan Yerevandan asılı vəziyyətə düşəcək. Bu utopiyadır”.

Siyasətçi Avetik Çalabyan isə daha maraqlı bir açıqlama verib. O deyib ki, əgər Kərki kəndi Azərbaycana qayıdarsa, Zənqakatnidən Yerasxavana qədər müdafiə sistemi dağılacaq.

Politoloq Alen Qevondyan isə bir qədər də irəli gedib. O deyib: “Kərki ilə bağlı razılaşmalar 2018-ci ildə hakimiyyət dəyişikliyindən əvvəl əldə edilib. Çünki böyük siyasətdə məqsədlərə əvvəlcədən planlaşdırılmış onlarla addım vasitəsilə nail olunur”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ideyası uzun müddətdir mövcuddur və o, üzvi şəkildə Qarabağla əlaqəli idi.

Qevondayna hesab edir ki, azərbaycanlılar Ermənistana əllərində Sovet dövrünə aid mülkiyyət sertifikatları olan maşınlarla gələcəklər. “Onlar bu sertifikatları haradan alıblar? Onların Ermənistanın özündən göndərildiyi barədə fikir var. Təəccüblüdür ki, Ermənistandakı məktəblər sovet illərində azərbaycanlıların yaşadığı yaşayış məntəqələrində bağlanır”.

Fərda Uğur