Danelyan: “Paşinyan Əliyevin vassalıdır”

Danelyan: “Paşinyan Əliyevin vassalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın hərbi və siyasi “lider”lərinin Bakı və İrəvanda həbs olunmasına da eyni məntiqlə baxılmalıdır”.

Tribuna.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan səsləndirib.

Onun sözlərinə görə, həbslərinin məqsədi çox sadədir. “Bu məsələdə müxtəlif mürəkkəb nəzəriyyələr axtarmağa ehtiyac yoxdur. Sadəcə, Əliyevə və onun erməni vassalına diqqətlə qulaq asmalıyıq. Əliyev deyir ki, Ermənistan təslim olub və sülh öz şərtləri ilə, güc yolu ilə bərqərar olacaq”.

Danelyan deyir ki, növbəti məsələ odur ki, həmin müharibəyə rəhbərlik edənlərin hamısı cəzalandırılmalıdır. “Ümumiyyətlə, Ermənistan Qarabağ hərəkatını yenidən nəzərdən keçirməlidir – bu, dövlət cinayəti elan edilməlidir. Bu, “dördüncü respublika”nın mahiyyəti deməkdir”.

Erməni politoloq qeyd edib ki, Nikol Paşinyan erməni kəndlərinin adını Azərbaycan dilində səsləndirməsi səıbəbsiz deyil. “Əliyevin erməni vassalı deyir ki, biz daim müharibənin astanasındayıq və buna görə də Tiqranaşenə Kərki deyir. Bununla da müharibə əsəbini aradan qaldırır, daha sadə desək, Azərbaycanı sakitləşdirir ki, hücum etməsin”.

Fərda Uğur