İran və ABŞ arasında mümkün danışıqlar məsələsi havadan asılı qalıb.
Tribuna.az xəbər verir ki, dünən ABŞ aviasiyası Hörmüz boğazının ən sivri burnu hesab edilən Lark bölgəsinə zərbələr endirib.
CENTRCOM bildirib ki, bu hücum SEPAH-ın hücumlarını neytrallaşdırmaq üçün atılmış addımdır. Bundan sonra da təhlükəni önləmək üçün analoji addımlar atılacağını qeyd ediblər.
Analitik Hüseyn Əlizadə isə hesab edir ki, İran və ABŞ arasında danışıqların baş tutmamasının bir çox səbəbləri var. Lakin onlardan biri ən əsası sayılır. “Vahid idarəetmənin olmaması İran ilə ABŞ arasında danışıqları çətinləşdirib”.
Fərda Uğur









