Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacağını açıqlayıb.
Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Yerevan administrasiyası Ankara ilə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəldiyini açıqlayıb.
Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bəyan edib ki, turizm mövsümündən əvvəl sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı konsensus əldə olunub.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində xüsusi nümayəndələr vasitəsilə aparılan danışıqlarda birbaşa hava və yük ticarətinin ən qısa zamanda başlanması üçün razılığın əldə edildiyi açıqlanıb.









