Trampdan Həcc ziyarətinə görə JEST

Trampdan Həcc ziyarətinə görə JEST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

ABŞ prezidenti Donald Tramp region ölkələrinin xəbərdarlıqlarından sonra İrana planlaşdırılan hücumu ləğv edib. Tribuna.az xəbər verir ki, bu məlumatı “Middle East Eye” nəşri yayıb.

Nəşr qeyd edib ki, bəzi Yaxın Şərq ölkələri Vaşinqtona Həcc dövründə mümkün hərbi əməliyyatların yüz minlərlə zəvvarın səfərinə və bölgədə sabitliyə təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Sayt yazıb ki, Həcc mərasimi bazar günü başlayır və gələn həftənin sonuna qədər davam edəcək. Eyni zamanda, mənbələr Həcc dövründən sonra yaxın həftələrdə hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyini açıqlayıb.

P.S. Axırda Trampı da müsəlman çıxaracaqlar.

Fərda Uğur