ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.B
Bu barədə “Reuters” məlumat verib.
Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.
ABŞ qanunvericiliyinə görə, ittiham elan edilənədək təqsirləndirilən şəxs barəsində həbs qərarı verilir. İttihamlardan sonra Trampın həbs olunacağı gözlənilmirdi. Lakin o, müdafiə tərəfinin gözlədiyi 20-30 dəqiqə əvəzinə təxminən iki saat həbsdə qalıb.









