TİA.AZ xəbər verir ki, bunu Publika.az-a Kürdəmir rayonunun Ərəbqubalı kəndinin bələdiyyəsi Haqverdi Sadıqov deyib.
“Kürdəmirdə son günlər çox toy olur. Günlər üst-üstə düşdüyü üçün kənar yerlərdən müğənni çağırırıq. Bizim kəndimiz də Sabirabadın 20 kilometrliyində yerləşir. Toy sahibi də Nurlanı o vaxtdan tanıyır, ona görə də onu dəvət ediblər. Dünən hadisə ilə maraqlandım, amma müğənninin vəziyyətinin necə olduğundan dəqiq məlumatım yoxdur”, – H.Sadıqov bildirib.
Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.
Hazırda araşdırma aparılır.









