Tokayev Lukaşenkonun ona irad bildirməsinə belə cavab verdi – Video

Tokayev Lukaşenkonun ona irad bildirməsinə belə cavab verdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada MDB dövlət başçıları Şurasının iclası keçirilir.

“Qafqazinfo”nun “Sputnik Qazaxıstan”a istinadən məlumatına görə, iclas zamanı Qazaxıstan və Belarus Prezidentləri Kasım-Jomart Tokayevlə Aleksandr Lukaşenko arasında dialoq marağa səbəb olub.

Belə ki, Belarus Prezidenti Kasım Jomart-Tokayevdən nəyə görə hər kəsə MDB-nin İcraçı katibinin adının MDB Baş katibi olaraq dəyişdiriləcəyini açıqlamadığını soruşub.

Tokayev isə Lukaşenkonun bu iradına gülərək belə cavab verib: “Aleksandr Qriqoryeviç, indi sizin sevimli məşğuliyyətiniz sədri tənqid etməkdir?!”

Tokayevin bu cavabı zaldakıların təbəssümünə səbəb olub.

O, daha sonra yenidən Lukaşenkoya üzünü tutaraq “Bunu istəyirdiniz?” sualını ünvanlayıb.