Tiflisə gedənlərin DİQQƏTİNƏ – Bu tarixədək dönüşə bilet yoxdur…

Tiflisə gedənlərin DİQQƏTİNƏ – Bu tarixədək dönüşə bilet yoxdur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı – Tiflis sərnişin qatarına oktyabra qədər geri dönüşə bilet almaq mümkün olmayacaq.

Tribuna.az xəbər verir ki, oktyabra qədər dönüş biletləri artıq satılıb. Hazırda Tiflisə gedişə bilet tapmaq mümkün olsa da, dönüşə bilet yoxdur. O deməkdir ki, oktyabra qədər Gürcüstana getmək istəyənlər dönüşə təyyarə biletini indidən almalıdırlar.

Qeyd edək ki, bu da son vaxtlar ciddi narazılığa səbəb olub. ADY isə tələbatın yüksək olması və Tiflisdən biletlərin alınması ilə izah edir. Bu da nəticədə Bakıdan yola düşənlərin bəri başdan geri dönüşə bilet tapmayacağı deməkdir.

Həsən Ağa