Tevanyan: “Tezliklə Zəngəzur dəhlizi və anklavlar Bakıya veriləcək”

Tevanyan: “Tezliklə Zəngəzur dəhlizi və anklavlar Bakıya veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan zəmanətli sülh və zəmanətli müharibə arasındadır”. Tribuna.az xəbər verir ki, bunu “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyan deyib.

O bildirib ki, Bakı hələlik digər ilkin şərtlərlə bağlı konkret açıqlama verməyib. “Lakin onların mövcud olduğu göz qabağındadır. Və Paşinyan onları icra edəcək”.

Tevanyan hesab edir ki, Azərbaycan mərhələli şəkildə hərəkət edir. Onun sözlərinə görə, rəsmi Bakı Ermənistandan müvəqqəti atəşkəs müqabilində mərhələli güzəştlər tələb edir. “Mülki Müqavilə Partiyası isə bunu Ermənistan xalqına bərqərar olmuş sülh kimi sırımağa çalışır”.

Rusiyapərəst partiyanın rəhbəri hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sadəcə vaxt itirir. “Tədricən Azərbaycanın ilkin şərtlərini yerinə yetirir. Növbə Konstitusiyaya çatdı. Daha sonra isə Zəngəzur dəhlizi və sonra anklavlar olacaq”.

Fərda Uğur