Pakistanın keçmiş baş naziri İmran Xan terrorizm, rəqib siyasətçiyə qarşı adam öldürməyə cəhd, rüşvət alma, dövlət hədiyyələrini satma və əmlakı gizlətmə ittihamları ilə dörd məhkəmə prosesini davam etdirir.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, keçən ilin noyabrında keçirilən mitinqdə ayağından vurulandan sonra ilk dəfə paytaxt İslamabada gələn 70 yaşlı Xan minlərlə tərəfdarı tərəfindən sıx təhlükəsizlik tədbirləri altında qarşılanıb. Təhlükəsizlik qüvvələri ilə Xanın tərəfdarları arasında yerlərdə gərginlik artıb.
Xan bu gün keçirilən 4 iclasdan 2-də iştirak edə bilməsə də, hakimlər Xanın terrorizm, rəqib siyasətçiyə qarşı adam öldürməyə cəhd və digər ittihamlar üzrə qaldırılan işlərdə müəyyən müddətə həbsdə saxlanmasına mane olmaq üçün “müvəqqəti zaminlik” verib.
Dövlət hədiyyələrini satmaq və əmlakı gizlətmək ittihamı ilə Toşaxana işində hakim Zəfər İqbal məhkəmədə iştirak etmədiyi üçün Xanın zaminə buraxılmasına mane olan həbs qərarı çıxarıb.









