TƏBRİZDƏ REPRESSİYA RÜZGARI: XANIM FƏAL HƏBS EDİLDİ

TƏBRİZDƏ REPRESSİYA RÜZGARI: XANIM FƏAL HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrizdə ictimai fəal Vəhidə Xanpur təhlükəsizlik məmurları tərəfindən yaşadığı ata evində saxlanılıb.
Tribuna.az bildirir ki, Xalçaçılıq üzrə İncəsənət Universitetinin tələbəsi olan Xanpurun nədə ittiham edildiyi və hara aparıldığı barədə məlumat verilməyib. Vəhidə Xanpurun ailəsi bundan əvvəl onun təhlükəsizlik məmurları tərəfindən bir neçə dəfə təhdid edildiyini bildirirlər. Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, son 3 ayda İranda etiraz aksiyalarında həbs edilən 18426 nəfərin 637-i tələbədir.

Tribuna.az