Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov TİA.AZ– a bildirib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.












