Süni intellekt sadəcə kodlardan ibarət deyil; o, əslində böyük bir su istehlakçısı və tam bir karbon canavarıdır. 2025-ci ilə aid yeni məlumatlar ağlasığmazdır.
Tribuna.az-ın araşdırmasına əsasən, süni intellektin illik su istehlakı heyrətamiz dərəcədə 765 milyard litrə çatıb.
Bu miqdar dünya üzrə ümumi qablaşdırılmış su istehlakından da çoxdur.
Süni intellektlə hazırladığımız hər bir video, ona verdiyimiz hər bir sual əslində dünyamızdakı suları qəhr edir.
Daha dəhşətlisi isə, 2027-ci ildə bu su israfın in 4.2 milyard kubmetrlə 6.6 milyard kubmetr arasında olacağı deyilir.
Təsəvvür edin illik içmək və istifadə üçün nəzərdə tutulmuş su miqdarımıza təsir edə bilər.
Bəs niyə süni intellekt bu qədər su istifadə edir?
Çünki süni intellekti öyrətmək və işə salmaq üçün minlərcə qrafik mexanizmləri aşırı dərəcədə istilik yayır. Bunun qarşısını almaq üçün soyutma sistemlərində yüksək miqdarda su istifadə olunur. Burada istifadə edilən AES-lərin də soyudulmasında yüksək miqdarlarda su istifadə olunur.
Nəticədə, biz öz əllərimizlə su qıtlığına səbəb ola bilərik. Başda bu sistemi yaradanlar və biz istifadəçilər.
Bir sual çıxır ortaya – Belə olan halda süni intellektə nə ehtiyac var? Hətta bir gəncin intihar etməsini təşviq edən, insanların ölümü üçün “qara cadu” metodları verən süni intellekt bizim düşünmə bacarığımızı tənbəlləşdirdiyi halda həm də sanki yavaş-yavaş özündən asılı hala salaraq həm su vasitəsilə həm də digər yollarla məhvimizə hesablanıb.
Dəniz Pənahova









