Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtda yataqxanada yanğın olub.
TİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.
Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.