Sumqayıtda qanunsuz tikilən obyekt sökülüb-VİDEO

Sumqayıtda qanunsuz tikilən obyekt sökülüb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda qanunsuz tikilən obyekti söküb.

Bu barədə  FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.