Sumqayıtda mikroavtobusun vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb

Sumqayıtda mikroavtobusun vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda mikroavtobusun vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb.

Hadisə oktyabrın 26-da şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Hüseynzadə Babak Emin oğlu idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusla Quba rayon sakini, Osmanov Hikmət Balələli oğlunu vurub. Piyada aldığı bədən xəsarətləri nəticəsində noyabrın 2-də Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanaraq istintaqı aparılır.