Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda monitorinq keçiriblər. Bu barədə Tribuna.az 30 dekabr tarixində AQTA-ya istinadən xəbər verir.
Agentliyin işçiləri tərəfindən hazır dönərdən nümunə götürülərək müayinə məqsədilə müvafiq laboratoriyaya təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, şəhərin 34-cü məhəllə, ev 55/12 ünvanında yerləşən “Lider” dönər evindən götürülmüş nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.
Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər.









