Sumqayıtda arvadını döyən kişinin cinayət işinə xitam verildi — QƏRAR

Sumqayıtda arvadını döyən kişinin cinayət işinə xitam verildi — QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Novxanı bağlar massivində baş verib.

Abbas yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı Könülü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könül ilə 2011-ci ildə ailə qurub, birgə nikah dövründə iki qız övladları dünyaya gəlib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü axşam saatlarında dostu ilə yeyib-içdikdən sonra saat 23.00-da yaşadığı bağ evinə gəlib: “Könüldən işdən nə vaxt gəldiyini soruşdum. Könül isə “sənin nəyinə lazım” sözlərini bildirdi. Könülün mənə bu cür kobud cavab qaytarması pis təsir etdiyindən əsəbləşdim. Ona “üzümə bozarma” sözlərini dedi. Yumruqla çənəsindən, evdəki ütü ilə sağ qolundan vurdum. Sonra saçlarından tutaraq dartaraq onu döyməyə başladım. Sonradan Könüldən telefonunu istəsəm də, Könül telefonunu vermədiyindən saçlarından tutaraq onu yerlə sürüdüm. Bu zaman səimizə qardaşım gəldi. Lakın müdaxilə etməyərək kənardan baxdı”.

Təqsirləndirilən şəxs bildirib ki, bir qədər sonra Könül öz qardaşı Əliyə zəng edib və döyülməsi barədə məlumat verib: “Sonradan Əli gəldi və Könülü öz atasıgilə apardı. Əməlimdən peşmanam. Hazırda biz barışmışıq”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Abbasın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.