SUMQAYIT İCRA HAKİMİYYƏTİ VƏTƏNDAŞLARI BELƏ XƏSTƏXANALIQ EDİR – ŞİKAYƏT VAR… (FOTOLAR)

SUMQAYIT İCRA HAKİMİYYƏTİ VƏTƏNDAŞLARI BELƏ XƏSTƏXANALIQ EDİR – ŞİKAYƏT VAR… (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər yağan qar bütün ölkədə ciddi problemlərə səbəb olub.
Qarlı hava şəraitinə əksər dövlət qurumlarının hazır olmamasını, təmizlik işlərinin necə aparılmasını, yerin buz bağlamasını bir kənara qoysaq, Sumqayıtda qarlı hava şəraiti həm də süni səbəblər üzündən ikiqat çətinliklər yaradıb. Tribuna.az bildirir ki, Sumqayıt sakinləri bununla bağlı şikayət edirlər. Onların sözlərinə görə, hər qar yağanda, hətta yağışlı havada Heydər Əliyev parkında gəzmək burada yerə vurulan metlaxın sürüşkən olması səbəbindən çətinlik yaradır.
Sakinlər bildirirlər ki, bu səbəbdən qar yağdıqda, yağışlı havada bu parkda yıxılanlar çox olur, hətta xəsarət alanlar da olur.
1995-1996-cı illərdə salınan, ərazisi 8 hektardan çox olan Heydər Əliyev parkının ərazisində uşaqlar üçün karusellər, atraksionlar, kafe və çayxanalar, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi yerləşir.
Parkın ətrafında böyük mikrorayonlar yerləşir ki, sakinləri istirahət , gediş-gəliş üçün bu parka üz tuturlar. 2016-cı ildə təmir olunan parkda yerə daş plitə və metlax döşənib.
Qeyd edək ki, metlax səthinə görə əsasən iki cür olur: parlaq və mat.
Şikayət edən sakinlər bildirirlər ki, məhz parkın böyük hissəsinə döşənən səthi parlaq metlax (parkın bir hissəsinə normal kiçik daş plitələr vurulub) ictimai yerlər üçün nəzərdə tutulmayıb. Çünki bu cür metlaxlar qapalı yerlər, su dəyməyən bağlı yerlər üçündür. Parklara insanların rahat gedib-gəlməsi üçün adətən sürüşkənliyi çox az olan mat tamet və ya mat növ metlaxlar döşəyirlər.
Amma bununla belə icra hakimiyyəti əvvəlki parkı sökərək onun yerinə ərazinə ictimai yer üçün uyğun olmayan, qiyməti , keyfiyyəti, istehsalçısı bilinməyən məhz sürüşkən metlax vurub. Sakinlər sual verirlər ki, “bu cür metlaxlar parka niyə döşənib və buna göstəriş verənlər özləri qarlı-buzlu, yağışlı havada bu parkda yıxılmadan, rahat gəzə bilərlər? Bəs niyə sakinlərə rəva görürlər?”