Sülhməramlıların daha 3 təminat maşını Laçın yolundan KEÇDİ

Sülhməramlıların daha 3 təminat maşını Laçın yolundan KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Tribuna.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 yük 1 minik avtomobilindən ibarət təminat kolonu Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb