Sülhməramlılara xəbərdarlıq: qanunsuz hasilata yol verilməyəcək

Sülhməramlılara xəbərdarlıq: qanunsuz hasilata yol verilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya sülhməramlılarının komandanlığına təbii sərvətlərin qanunsuz istismarının yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilib.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalistlərə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.

O, qeyd edib ki, Monitorinq Qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə keçirilib
Monitorinq qrupu bununla bağlı öz fikirlərini bildirib və təkliflərini təqdim edib.
Nazirlik nümayəndəsi qeyd edib ki, təbii sərvətlərin qanunsuz istismarı və hasilatına yol verilməyəcək.