Dağlıq Qarabağda yaşayan ermənilər müxtəlif ehtiyacları üçün Ermənistana getməkdən məhrub olublar.
Tribuna.az Ermənistan mediasına istinadən xəbər verir ki, nazir Qurgen Nersisyanın məlumatına görə, “İnsanların həyatında daim yaranan problemləri (Ermənistan Respublikasında qohumunun ölümü, dəfn mərasimi, ailənin ağır xəstəliyi) nəzərə alaraq və artan gərginlik, son günlər Rusiya sülhməramlıları bu cür problemlərlə üzləşən vətəndaşları vaxtaşırı Dağlıq Qarabağdan Ermənistana köçürməyə başlayıblar”.
“Rusiya Sülhməramlı Qoşunları ilə Əməkdaşlığın Təminatı Mərkəzinə əvvəlcədən müraciət və mərkəzin icazəsi ilə səhhətində problem olan və tibbi yardıma ehtiyacı olan şəxslərə gəlincə, onların Ermənistana köçürülməsi Ermənistan Səhiyyə Nazirliyinin göstərişi əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi vasitəsilə təşkil olunacaq”.
Eyni zamanda bildiririk ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı sakinlərini təxliyyə etməsi və ya çoxlu sayda sakinini Ermənistana köçürməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.









