Son sutkada cəmi 4 nəfər koronavirusa yoluxub – Ölən var

Son sutkada cəmi 4 nəfər koronavirusa yoluxub – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 9 964 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 752, bu günə qədər isə ümumilikdə 7 345 149 test icra olunub.
Ötən gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 915 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 163, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 443, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 791, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 411 nəfər təşkil edir.