Son 1/8 finalçılar kim olacaq – Günün oyunları

Son 1/8 finalçılar kim olacaq – Günün oyunları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünya çempionatının qrup mərhələsinin 3-cü turunda daha 4 qarşılaşma baş tutacaq.

Tribuna.az xəbər verir ki, G və H qruplarından keçiriləcək matçlardan sonra bütün 1/8 final iştirakçılarının adına aydınlıq gələcək.

Günə H qrupunun matçları ilə start veriləcək. Qana Uruqvayla, Cənubi Koreya Portuqaliya ilə üz-üzə gələcək.

Portuqaliya növbəti mərhələyə vəsiqəni qazansa da, digər 3 komanda ikinci yer üçün mübarizə aparacaqlar.

Bu qrupun matçları saat 19:00-da başlayacaq.

G qrupunda da Braziliya 1/8 finala çıxışını təmin edib. Digər vəsiqə uğrunda isə Serbiya, Kamerun və İsveçrə mübarizə aparacaq.

DÇ-2022

H qrupu

3-cü tur

Qana – Uruqvay

Cənubi Koreya – Portuqaliya

G qrupu

3-cü tur

Kamerun – Braziliya

Serbiya – İsveçrə