Pezeşkian İranın nüvə proqramı ilə bağlı açıqlama verdi

Pezeşkian İranın nüvə proqramı ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etməyə çalışmadığını və nüvə proqramını beynəlxalq hüquq çərçivəsində davam etdirmək niyyətində olduğunu bildirib.

O, bu barədə oktyabrın 26-da Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri ilə Tehranda keçirilən görüşdə danışıb.

Pezeşkianın sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvü kimi beynəlxalq hüquq və öhdəliklərinə uyğun hərəkət edir. O, ölkəsinin dinc məqsədli nüvə texnologiyalarından istifadə etmək hüququna malik olduğunu vurğulayıb.

İran rəhbəri region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin, fikir ayrılıqlarının aradan qaldırılmasının və regional təhlükəsizliyin təmin olunmasının vacibliyini də qeyd edib.

Qeyd edək ki, İranın nüvə proqramı uzun müddətdir Tehranla Qərb ölkələri arasında fikir ayrılıqlarının əsas mövzularından biridir. İran nüvə fəaliyyətlərinin dinc məqsəd daşıdığını bəyan etsə də, proqramla bağlı beynəlxalq narahatlıqlar davam edir.

İmran Kərimli