“Qızıl top”un sahibi Harri Keyndən diqqətçəkən mesaj

“Qızıl top”un sahibi Harri Keyndən diqqətçəkən mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə millisinin və Almaniyanın “Bayern Münhen” klubunun hücumçusu Harri Keyn karyerasında ilk dəfə dünyanın ən nüfuzlu fərdi futbol mükafatlarından biri olan “Qızıl top”a (Ballon d’Or) layiq görülüb. Futbolçu qazandığı uğurdan sonra sosial şəbəkədə paylaşdığı mesajla diqqət çəkib.

Tribuna.az xəbər verir ki, İngiltərə millisinin kapitanı 2025-2026-cı illər mövsümündə klub və milli komanda səviyyəsində ümumilikdə 73 qol vurub. O, bu qolların 61-ni “Bayern Münhen”in, 12-ni isə İngiltərə millisinin heyətində vurub.

Mükafatdan sonra sosial şəbəkə hesabında paylaşım edən Keyn qısa, lakin diqqətçəkən mesaj yazıb:

“Səssizcə çox çalışın. Qoy uğurunuz sizin əvəzinizə danışsın”.

Qeyd edək ki, Harri Keyn “Qızıl top” mükafatını qazanan beşinci ingiltərəli futbolçudur.

Ondan əvvəl Stenli Metyuz (1956), Bobbi Çarlton (1966), Kevin Kiqan (1978 və 1979) və Maykl Ouen (2001) bu mükafata sahib çıxıblar.

O, 25 ildən sonra “Qızıl top” qazanan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Gülşən Rəsul