Şirvanda​ 2022-ci il ərzində 39 səyyar görüş-qəbul keçirilib

Şirvanda​ 2022-ci il ərzində 39 səyyar görüş-qəbul keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, şəhər və rayonlarda icra hakimiyyəti başçılarının vətəndaşlarla keçirilən səyyar görüşləri də bu məqsədə xidmət edir.
Son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verilib, nəhayət 2022-ci ilin martın 6-dan etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulu bərpa olunub.
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, 2022-ci ilin mart ayından etibarən hər ay şəhərin müxtəlif ərazilərində şəhər sakinləri ilə 4 səyyar görüş keçirilib. Ümumilikdə 39 səyyar görüş-qəbulda 2697 nəfər iştirak edib, 259 vətəndaş müxtəlif məsələlərlə bağlı müraciət edib.
Səyyar görüşlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ŞİHB-nın müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Bütün səyyar görüşlərdə öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov keçirdiyi bütün görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab​ İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarından, Vətən müharibəsi zamanı ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini , Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparıldığını, 9 Vətən müharibəsi şəhidinin adının küçələr verildiyini, hər bir şəhidin adına məktəblərdə siniş otaqlarının yaradıldığını, əlamətdar günlərdə ailələrinin və məzarlarının izdihamla ziyarət olunduğunu vurğulayıb. Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübairizə tədbirlərindən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaların yaradılmasından, əhali arasında mütəmadi maarifəndirici tədbirlərin və ardıcıl vaksinasiyanın həyata keçirilməsi ilə hətta dünyanın ən inkişaf etmiş ölkələrinin də çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın pandemiyadan müvəffəqiyyətlə çıxmasından söz açıb. Pandemiyada və 44 günlük Vətən müharibəsində çətiliklərə baxmayaraq bütün sosial layihələin davam etdirildiyi, işğaldan azad edilən ərazilərdə yeni hava limanlarının, dəmir yolu xəttlərinin, avtomobil yollarının, digər infrastruktur layihələrinin tikintisi barədə ətraflı məlumat verib. İlin sonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların Şuşa-Laçın-Xankəndi yolunda etiraz aksiyasını da bu mübarizənin davamı və xalqın hər zaman Möhtərəm Prezidentinin ətrafında sıx birliyinin təcəssümü olduğunu qeyd edib. Ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, görülən işlərin fonunda dövlət başçısının Şirvan şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. Şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, Şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, küçə və prospektlərində, məhəllələrində yeni işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.
Sonra səyyar görüşlərdə iştirak edən sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Bütü səyyar görüşlərdə iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.