Son günlərdə ölkənin nəqliyyat sistemindəki sıxlıq çətin vəziyyət yaradıb. Belə ki, metronun bağlanması, Formula 1 yarışlarına görə bir sıra yollarda məhdudiyyətlərin tətbiq olunması pik saatlarda hərəkəti iflic edib.
Tribuna.az xəbər verir ki, metro və avtobuslarda sıxlıq yaşandığı kimi, dəmiryol vağzalında qatarlarda da bu hallarla üzləşmək mümkündür.
Belə ki, Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Görüntülərdən bəlli olur ki, paytaxta yola düşən qatarda sərnişinlərin sayı çox olduğundan vaqonlarda hərəkət etmək çətinləşib. Hətta bəzi sərnişinlərin yer olmadığı üçün qatarın sanitar qovşağında dayanmağa məcbur qaldığı görünür.
Sözügedən görüntüləri təqdim edirik:









