Azərbaycanlı şair Savadsız Arzuman Ağdabanlı qəlpə yarası alıb.
O, TİA. Az-a açıqlamasında bildirib ki, hazırda vəziyyəti normaldır. Qeyd edək ki, o, 13-dən 14-ə keçən gecə erməni təxribatı nəticəsində ayağında yaralanıb. Onun sözlərinə görə, hadisə zamanı tək olmayıb, yanındakı şəxsdə yaralanıb, hazırda həmin şəxsin vəziyyəti orta-ağırdır.









