Separatçılara İrəvanda tərs sillə: əski parçası yığşdırıldı

Separatçılara İrəvanda tərs sillə: əski parçası yığşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İrəvanın Karen Dəmirçiyan adına İdman və Konsert Kompleksində bir qrup sepratçının təşkilatçılığı ilə “Bizik” adlı tədbir keçirilib.

Tribuna.az xəbər verir ki, tədbirdə Qarabağa aid ibarət sərgi açılıb.

Məlumata görə, orada Xankəndidə vaxtıyla qanunsuz fəaliyyət göstərmiş şirkətlərinin məhsulları və əl işləri nümayiş olunub.

O da qeyd edilir ki, tədbirə qatılanların əlində separatçıların “əski parçası” və digər “simvollar” olub. Erməni mediası yazır: “Lakin İdman zalının rəhbərliyi onların yığışdırılmasını tələb edib. Əks halda, tədbiri ləğv edəcəklərini bildirib. Tələb yerinə yetirilib”.

Fərda Uğur