SEPAH zabitlər həbs olunan etirazçıları zorlayırlar

SEPAH zabitlər həbs olunan etirazçıları zorlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş vermiş son hadisələrdən sonra həbs olunan etirazçıların başına gətirilənlərlə bağlı dəhşətli məlumatlar yayılır.

Tribuna.az xəbər verir ki, həbs olunanlara verilən işgəncələr bütün əndazələri aşmağa başlayıb.

Belə ki, bir çoxları həmin işgəncələrə dözməyərək dünyalarını dəyişirlər. Son iki gündə ölkə üzrə həbsxanalarda işgəncələrdən dünyasını dəyişənlərin sayının artıq 20 nəfəri keçidiyi bildirilir.

Lakin etirazçılara nəzarət edən SEPAH zabitləri başqa bir iyrənc əmələ də əl atmağa başlayıblar. Məlumatlara görə, onlar həbs edilmiş gənc yaşındakı oğlanları zorlayıblar. Bununla bağlı Kermanşah həbsxanasında bir neçə fakt qeydə alınıb.

Fərda Uğur