Dünən İranın cənub əyalətlərində ABŞ əməliyyat keçirib.
Tribuna.az xəbər verir ki, Hörmüz körfəzində SEPAH-a məxsus iki qayıq vurulub.
İran tərəfindən bir neçə hərbçinin öldürüldüyü bildirilir.
Bundan başqa, İsfahan, Əndimeşk, Qum, Bablusər və Bəndər Abbas şəhərlərindəki hərbi obyektlərə raket zərbələri endirilib. İrana məxsus raket zenit qurğusu isə məhv edilib.
CENTCOM açıqlama yayıb ki, ABŞ qüvvələri özünümüdafiə məqsədilə bu addımı atıblar.
SEPAH komandanı Əhməd Vahidi isə ABŞ-ı təhdid edib. O bildirib ki, İrana qarşı hər hansı yeni təcavüz aktı bütün regiona və ondan kənara yayılacaq. “Dağıdıcı və cəhənnəm reaksiyasına səbəb olacaq”.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki isə vurğulayıb ki, hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Rusiya və Çin İranı tək qoymayacaq. “ABŞ isə yeni müdafiə quruluşu ilə üzləşəcək”.
SEPAH-ın keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi isə bir qədər də irəli gedərək, İranın nüvə sazişindən çıxa biləcəyini qeyd edib. “Xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.
Fərda Uğur









