Aramsız yağan qar nəticəsində paytaxt Bakı və ətraf ərazilərdə hərəkət çətinləşib.
Tribuna.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzindən Bakı istiqamətində bir kilometr uzunluğunda tıxac yaranıb. Bu barədə görüntülə sosial şəbəkələrdə yayılıb.
Görüntülərədn aydın olur ki, qarın örtdüyü yolun sürüşkən olması avtomobillərin ləng hərəkət etməsinə, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur.









