Saxlanılan 9 qat dünya çempionu İsrafil Məmmədov sərbəst buraxıldı

Saxlanılan 9 qat dünya çempionu İsrafil Məmmədov sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pauerliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov sərbəst buraxılıb.
TİA.AZ apa-ya istinadən xəbər verir ki, Qazax RPŞ-də İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İsrafil Məmmədova 50 manat cərimə cəzası verilib və o, sərbəst buraxılıb.