Məşhur kolumbiyalı müğənni Şakira 2026-cı il Dünya Kubokunun finalında onunla birlikdə səhnəyə çıxan uqandalı gənc rəqqasları evində qonaq edib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Uqandanın məşhur Ghetto Kids rəqs qrupundan gedir.
Qrup iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadium-da keçirilən Dünya Kuboku finalının fasilə şousunda Şakira ilə birlikdə çıxış edib.
Onlar müğənninin Dünya Kubokunun rəsmi mahnısı olan “Dai Dai” ifası zamanı səhnəyə çıxıblar.
Şakira uşaqlara xüsusi münasibət göstərərək onları yarışdan sonra da tək buraxmayıb.
Müğənni sosial şəbəkədə paylaşdığı görüntülərdə rəqqasları evində qəbul etdiyini göstərib. Uşaqlar Şakiranın övladları ilə birlikdə vaxt keçirib, çimərlikdə əylənib, oyunlar oynayıblar.
Gülşən Rəsul











