Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan TİA.AZ-a a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Həmin şəxslərdən 1 ədəd sənədsiz “İJ” markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.