“Sabahın Ulduzları”: Yarımfinal cütləri müəyyənləşdi – FOTOLAR

“Sabahın Ulduzları”: Yarımfinal cütləri müəyyənləşdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların U-15 yaş qrupunda 7-turdan təxirə salınmış bir oyun keçirilib.

Tribuna.az  fanat.az-a istinadla xəbər verir ki, EFA komandası “Zəngəzur”a 5:1 hesabı ilə qalib gəlib.

Nəticədə sözügedən komanda “Sabah”ı 4-cü yerdən sıxışdıraraq yarımfinala vəsiqə qazanıb.

EFA növbəti mərhələdə  “Neftçi” ilə qarşılaşacaq.

Sabahın Ulduzları
7-ci turun oyunu
17 sentyabr

”Zəngəzur” – EFA  1:5

Qollar: Əli Seyfulla, 79 – Ömər Osmanlı, 15. Hüseyn Novruzlu, 33. Yusif Məmmədli, 50. Şahin Qasımzadə, 52. Kənan Həsənov, 68.

Beləliklə, yarımfinal cütləri belədir:

U-15
Yarımfinal
20 sentyabr

Qarabağ – Ulduz
Neftçi – EFA