Ermənistanda Azərbaycanla sülh məsələsində zaminlərin olması mövzusu yenidən gündəmə gətirilib.
Tribuna.az xəbər verir ki, bu ideyanı yenidən canlandıran isə Rusiyaya bağlı “Güclü Ermənistan” Partiyasıdır.
Bu partiyanın əsas fiquru olan Narek Karapetyan deyib ki, sülh müqaviləsində yalnız bir şey çatışmır. “O da zəmanətlər və zaminlərdir”.
Onun sözlərinə görə, Ermənistan özünü Azərbaycanınm iradəsinə təslim etməməlidir. “Özümüzü Azərbaycanın iradəsinə buraxmamalıyıq. Sülhümüzün qarantı Azərbaycan deyil, regional tarazlıqdır”.
Karapetyan sonra qeyd edib ki, Azərbaycan Ermənistan konstitusiyası ilə bağlı qərar verə bilməz. “Biz dövlətçilikdən, ölkə haqqında danışırıq, onlar üçün oyuncaq deyilik”.
P.S. Karapetyanın “oyuncaq” olduqlarını bildikləri halda, bundan boyun qaçırması müstəsna həyasızlığın əlamətidir. Uzun illərdir fransızların, rusların və digərlərinin maşası kimi çıxış edən və oyuncaq olaraq, ortaya atılan ermənilər indi bundan imtina etməklə əsl kimliklərini gizlədə bilməzlər.
Fərda Uğur









