ABŞ-İran gərginliyi: Kim haranı vuracaq?

ABŞ-İran gərginliyi: Kim haranı vuracaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin İrana mümkün hücumları ilə bağlı yeni detallar üzə çıxmağa başlayıb.

Tribuna.az xəbər verir ki, artıq iki müttəfiqin İranda hansı nöqtələri vuracağı barədə geniş məlumatlar dolaşmağa başlayıb.

ABŞ prezidenti Donald Tramp dünən verdiyi açıqlamasında bildirib ki, onların İranda vura biləcəyi bir-iki nöqtə qalıb. O qeyd edib ki, onlardan kiri də Kolang dağıdır. Çünki həmin dağın altında İranın nüvə obyektinin olduğunu bilirilər.

Qərb mediası isə qeyd edir ki, İsrail ordusu Zəncan, İsfahan və Sistana gedən dəmiryol xətlərini vurmağa hazırlaşır. “Bu İranın əsas logistik xəttləridir və bir çox regionda İranın logistik əlaqəsini kəsə bilər”.

Bu əsnada, İran tərəfi də konkret açıqlamalar verərək, region dövlətlərinin hamısının hədəfdə olduğunu qeyd edib. Ötən gün açıqlama yayan İranın dini lideri Müctəba Xamineyi bəyan edib ki, ordu hansı çoğrafiyada yerləşməsindən asılı olmayaraq, atəş açan bütün nöqtələri vurmalıdır. Bununla bağlı SEPAH və İran ordusuna tam sərbəstlik verdiyini də qeyd edib.

Fərda Uğur