İrəvanda konstitusiya qovğası: NƏ BAŞ VERİR?

İrəvanda konstitusiya qovğası: NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan konstitusiyasını dəyişdirmək üçün hazırlıqlara başlayıb.

Tribuna.az xəbər verir ki, referendumun aprel ayında keçirilməsi barədə məlumatlar var.

Lakin məsələ Ermənistan cəmiyyətində iki yerə parçalanmanı daha qabarıq şəkildə üzə çıxarıb. Revanşistlər heç bir şəkildə referenduma icazə verməyəcəklərini bildirirlər.

Ermənistan müxalifətinin əsas mərkəzlərindən biri olan “Güclü Ermənistan” Partiyası bəyan edib ki, konstitusiyanın dəyişdirilməsinə imkan verməyəcəklər. Partiyanı parlamentdə təmsil edən deputat, habelə vitse spiker Aram Vardevanyan qeyd edib ki, bu, Azərbaycanın ilkin şərtidir. “Bir ölkə digərindən Konstitusiyasının dəyişdirilməsini tələb edir. Dünyada buna bənzər bir şey yoxdur”.

Hakim “Mülki Müqavilə” Partiyasından deputat, spiker Ruben Rubinyan isə bildirib ki, konstitusiya məsələsi ilə bağlı Azərbaycanla müzakirələrin olacağını istisna etmir.

Həmçinin Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan isə qeyd edib ki, iki ölkə arasında sülh vacib məsələdir.  “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması yeni imkanlar yaradır”.

Fərda Uğur