İran ətrafında cərəyan edən proseslər getdikcə daha aydın şəkil almağa başlayıb.
Tribuna.az xəbər verir ki, əksər ekspertlər müharibənin üçüncü mərhələsinin qaçılmaz olduğunu qeyd edirlər.
Ötən gün İranın dini lideri Müctəba Xameneinin Saridəki nümayəndəsi Məhəmməd Baqer Məhəmmədi Laini isə ABŞ-la anlaşmanın ağır fəsadlarının olacağını iddia edib. O bildirib ki, İranı növbəti Türkmənçay müqaviləsi gözləyə bilər. “ABŞ ilə razılaşma üçün bəzi təkliflər Türkmənçay müqaviləsi təcrübəsinin təkrarlanmasına səbəb ola bilər”.
Fərda Uğur









