“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların U-15 yaş qrupunda 7-turdan təxirə salınmış bir oyun keçirilib.
Tribuna.az fanat.az-a istinadla xəbər verir ki, EFA komandası “Zəngəzur”a 5:1 hesabı ilə qalib gəlib.
Nəticədə sözügedən komanda “Sabah”ı 4-cü yerdən sıxışdıraraq yarımfinala vəsiqə qazanıb.
EFA növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacaq.
Sabahın Ulduzları
7-ci turun oyunu
17 sentyabr
”Zəngəzur” – EFA 1:5
Qollar: Əli Seyfulla, 79 – Ömər Osmanlı, 15. Hüseyn Novruzlu, 33. Yusif Məmmədli, 50. Şahin Qasımzadə, 52. Kənan Həsənov, 68.
Beləliklə, yarımfinal cütləri belədir:
U-15
Yarımfinal
20 sentyabr
Qarabağ – Ulduz
Neftçi – EFA














