Qarabağda rus sülhməramlılarının Laçın yolunu kəsməsi səbəbindən Xankəndində yanacaq qıtlığı yaranıb.
Tribuna.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, separatçılar qənaət rejiminə keçib. Yanacaqdoldurma məntəqələrində yanacaq ilk növbədə təcili yardım maşınlarına, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarına veriləcək.









