Ukrayna hərbçiləri cənubda Rusiyanın Su-25 hücum təyyarəsini vurub.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Rusiyanın Su-25 hücum təyyarəsi cənub istiqamətində zenit-raket bölməsi tərəfindən vurulub”, – məlumatda bildirilib.
Bundan əlavə, oktyabrın 30-da Xarkov vilayətində Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterini məhv ediblər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynada azı 252 helikopter itirib.









