Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb -VİDEO

Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır. 

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.


***