Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış olub.
Tribuna.az yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.
Məlumata görə, yanvarın 14-də tağım komandiri, baş çavuş hərbi hissədə RQD-5 qumbarasını partladıb. Partlayışdan sonra yanğın baş verib, alov 450 kvadratmetr ərazini əhatə edib.
İlkin məlumata görə, insident nəticəsində 3 hərbçi həlak olub, 16-sı yaralanıb, daha 8 əsgər isə itkin düşüb.
Partlayış və yanğınla bağlı cinayət işi açılıb.









