Rusiyada FACİƏ: Təyyarə havada ALOVLANDI

Rusiyada FACİƏ: Təyyarə havada ALOVLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın S7 Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki uçuş zamanı alovlanıb. Hadisədən sonra təyyarə təhlükəsizlik məqsədilə Novosibirsk hava limanına geri qayıdıb.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Novosibirskdən Krasnodara uçan təyyarənin mühərrikində havaya qalxdıqdan sonra alovlanma baş verib. Nəticədə ekipaj təyyarəni uçuşun başladığı hava limanına qaytarmaq qərarına gəlib.

Bildirilir ki, alov ekipaj tərəfindən söndürülüb və təyyarə təhlükəsiz şəkildə eniş edib.

Hadisə zamanı təyyarədə 160 sərnişin və 6 heyət üzvü olub. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının təhlükəsiz istismarı qaydalarının pozulması) üzrə istintaqqabağı araşdırma aparılır.

İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə baxış keçiriblər. Araşdırmanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

Bundan əlavə, Qərbi Sibir Nəqliyyat Prokurorluğu v