RUSİYA VYETNAMDA ATOM ELEKTRİK STANSİYASI TİKMƏYƏ HAZIRLAŞIR

RUSİYA VYETNAMDA ATOM ELEKTRİK STANSİYASI TİKMƏYƏ HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vyetnam tərəfi xahiş edərsə, Rusiya həm böyük, həm də kiçik gücə malik atom elektrik stansiyalarının tikintisində Vyetnama kömək etməyə hazırdır”, – Baş nazirin müavini Dmitri Çernışenko Hanoyda Vyetnam nüvə sənayesinin rəhbərləri ilə görüşdə bildirib.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, Çernışenko nüvə enerjisinin Vyetnamın enerji suverenliyinin təmin edilməsində mühüm rolu olduğunu vurğulayıb.

“Belə bir qərarın qəbulu Vyetnama iqlim neytrallığı məqsədinə nail olmağa imkan verəcək”, – Çernışenko əlavə edib.

Baş nazirin müavini vurğulayıb ki, AES ilə bağlı müsbət qərar qəbul olunarsa, Rusiya mütəxəssisləri hazırlamaq üçün Hanoy universitetinin bazasında Rusiya universiteti tikməyə hazırlaşacaq.

O, həmçinin əlavə edib ki, “Donq Nai əyalətində nüvə elmi və texnologiya mərkəzinin tikintisi üzrə böyük birgə layihə davam edir”.
Onun sözlərinə görə, bu barədə Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Çernışenko müqaviləni iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalamağı təklif edib. VINATOM prezidenti Çan Çi Tan öz növbəsində bu təşəbbüsü dəstəkləyib və birgə planların həyata keçirilməsi üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib.