RUSİYA VƏ BELARUS BAYRAQLARINA QADAĞA … FEDERASİYA AÇIQLADI…

RUSİYA VƏ BELARUS BAYRAQLARINA QADAĞA … FEDERASİYA AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Australian Open 2023 Tennis” turniri çərçivəsində dünən qarşılaşan Ukrayna və Rusiya idmançıları arasında oynanılan qarşılaşma zamanı meydanın kənarında qaldırılmış Rusiya bayrağı endirilib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya bayrağının qaldırılması Ukraynanın Avstraliya və Yeni Zelandiyadakı səfirinin narazılığına səbəb olub. Bu narazılıqdan sonra Avstraliya Tennis Federasiyası rəsmiləri oyunlarda Rusiya və Belarus bayraqlarının dalğalanmasını qadağan edib.

Dünən Melbrun şəhərində qadınlar arasında təkbətək yarışın birinci turunda ukraynalı Katerina Baind və Rusiya idmançısı Kamilla Rəhimova üz-üzə gəlib. Bu zaman meydanın kənarında Rusiya bayrağı açılıb.
Federasiyanın ilkin qərarına görə, azarkeşlər özləri ilə bayraq gətirə bilərlər. Ancaq bayrağı qaldırmaq, ondan istifadə etmək olmaz:
“Biz tennisdən həzz almaq üçün mümkün olan ən yaxşı mühiti təmin etmək üçün oyunçularımız və azarkeşlərimizlə işləməyə davam edəcəyik”.

Tribuna.az